Almaniyanın “Bavariya” klubunun hücumçusu Hari Keyn növbəti mükafata layiq görülüb.
Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı hücumçu Avropanın 2023-2024 illər mövsümündə ən çox qol vuran oyunçusu kimi “Qızıl buts” mükafatına layiq görülüb.
Futbolçu bu mövsüm Almaniya Bundesliqasında 36 qol vurub. O, “Qızıl buts” reytinqində 72 xalla bütün rəqiblərini qabaqlayıb.
İkinci yerdə “Ştutqart” klubunun hücumçusu Serhou Guirassy qərarlaşıb. O, 28 liqa oyununda 28 qol vuraraq 56 reytinq xalı toplayıb.
3-cü və 4-cü yerlərdə isə PSJ-nin hücumçusu Klian Mbappe və “Mançester Siti”nin futbolçusu Erlinq Haaland dayanıb. Onlar hərəyə 27 liqa qolu vuraraq “Qızıl buts” mükafatında 54 reytinq xalı toplayıblar.
Ziyafət Əlisoy