• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

PSJ-də koronavirusa KÜTLƏVİ YOLUXMA - Siyahıda Messi də var - YENİLƏNİB

İDMAN

02 Yanvar 2022 | 16:04 | Müəllif: Qalib İbrahimoğlu

PSJ-də koronavirusa KÜTLƏVİ YOLUXMA - Siyahıda Messi də var - YENİLƏNİB

Fransanın PSJ futbol klubunun koronavirusa yoluxan oyunçularının adları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, PSJ-nin mətbuat xidmətinin məlumatına görə, klubun və Argentina millisinin hücumçusu Lionel Messi COVID-19-a yoluxub.

Ondan başqa, klubun digər oyunçuları Xuan Bernat, Serxio Riko və Natan Bitümazalın da koronavirus testinin cavabı müsbət çıxıb.

***

10:52

Fransanın PSJ klubunda 5 nəfər koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytına məlumat yer alıb. Qeyd olunub ki, məşqlərin bərpasından əvvəl 4 futbolçu və bir işçinin testi müsbət nəticələnib.

Virusa yolxanların karantinə alındığı qeyd olunur.

Qeyd edə ki, PSJ Liqa 1-də 19 turdan sonra 46 xalla liderdir. Komanda yanvarın 9-da "Lion"un qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026