• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu Komitədə yeni şöbə yaradıldı - TƏYİNAT

CƏMİYYƏT

20 Fevral 2023 | 14:35

Bu Komitədə yeni şöbə yaradıldı - TƏYİNAT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq əmrlə Elnarə Kərimova yeni şöbəyə müdir təyin edilib.

Dini təhsil şöbəsi bu ilin yanvar ayından fəaliyyətə başlayıb.

Qeyd edək ki, E.Kərimova bundan əvvəl Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Komitəsi Aparatının müstəqil struktur bölməsi olan Dini təhsil şöbəsi ölkədə dini təhsillə bağlı vəziyyəti öyrənir, dini təhsillə əlaqəli prosesləri izləyir, eləcə də dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasını təmin edir. /Report


Bu Komitədə yeni şöbə yaradıldı - TƏYİNAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026