“Bonus Market” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, “Bonus Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 1404648691) vergi borcu 559 min 228 manatdır.
Qeyd edək ki, bu şirkət 25.04.2019-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Nəbiyev Elşən Firidun oğludur.
Ramid İbrahimov
















