• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu məktəb distant təhsilə keçdi

CƏMİYYƏT

15 Fevral 2022 | 12:56

Bu məktəb distant təhsilə keçdi

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.

Bakıvaxtı.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.

Faktı təhsil müəssisəsindən “Qafqazinfo”ya təsdiqləyiblər. Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026