• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu mühərrik yanacaqları rüsumdan azad olundu

CƏMİYYƏT

30 Dekabr 2022 | 20:40 | Müəllif: Subhan Mahmudov

Bu mühərrik yanacaqları rüsumdan azad olundu

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəyişiklik edib.

Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar həmçinin reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026