• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkə də hava məkanını BAĞLADI

DÜNYA

14 Aprel 2024 | 00:58 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkə də hava məkanını BAĞLADI

İordaniya bölgədə artan təhlükələr səbəbilə hava məkanının müvəqqəti olaraq bütün uçuşlar üçün bağladığını açıqlayıb.

Bakıvaxti.az xəbər verir ki, bu haqda ökənin rəsmi agentliyi “PETRA” məlumat yayıb.

İordaniya Mülki Aviasiya Tənzimləmə Qurumunun verdiyi açıqlamada İordaniya hava sahəsinin yerli vaxtla saat 23.00-dan etibarən bütün gələn, gedən və tranzit uçuşlara müvəqqəti bağlanacağı açıqlanıb.

Bu tətbiqetmənin inkişaflara uyğun olaraq yenilənəcəyi və yoxlanılacağı qeyd olunub.

Qeyd edək ki, İranın İsrailə qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumlarından sonra İraq da hava məkanını bağladığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026