• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkə Rusiya sərhədində müdafiə istehkamları qurarşdırır

DÜNYA

05 Sentyabr 2024 | 22:06 | Müəllif: Subhan Mahmudov

Bu ölkə Rusiya sərhədində müdafiə istehkamları qurarşdırır

Litva Rusiya ilə sərhəddə yerləşən müdafiə istehkamları quraşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Bu, daha effektiv müdafiəni təmin etmək üçün xəbərdaredici addımdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Litvanı Rusiyanın Kalininqrad vilayətindəki Sovetsk şəhəri ilə birləşdirən Kraliça Luiza körpüsünün qarşısında istehkamlar, o cümlədən minalar və tank əleyhinə “kirpilər” quraşdırılıb.

Qurumdan bildirilib ki, körpünün özü Rusiyanın mülkiyyətindədir, ona görə də Litva yalnız onun qarşısında maneələr quraşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026