• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bu ölkədə xırda oğurluq cinayət sayılmayacaq

DÜNYA

07 Avqust 2024 | 12:30

Bu ölkədə xırda oğurluq cinayət sayılmayacaq

Ukrayna prezidenti Volodimir Zelenski xırda oğurluğun dekriminallaşdırılması haqqında qanunu imzalayıb

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, həddi 3000 qrivnaya qədər artırılacaq və inzibati cərimələr qaldırılacaq.

Beləliklə, başqasının əmlakının xırda oğurluğu, əgər onun məbləği:

757 qrivnadan çox deyilsə, 850-1700 qrivna cərimə, 20 saatdan 30 saata qədər ictimai işlər və ya 5 sutka inzibati həbslə cəzalandırılır.

Oğurlanmış malın dəyəri 758-3028 qrivna qədər olduqda - 1700-5100 qrivna cərimə, 30 saatdan 40 saata qədər ictimai işlər və ya 5 gündən 10 günə qədər həbslə cəzalandırılır.

Təkrar oğurluğa görə cərimə 8500-17000 qrivna olacaq və həbs müddəti 15 günə qədər artırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026