• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı"  - Aktrisa

MƏDƏNİYYƏT

25 Oktyabr 2022 | 11:52

"Bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı" - Aktrisa

Aktrisa Ülviyyə Xəlilbəyli Murad İsmayılla ayrılıq xəbərləri haqda danışıb.

Bakıvaxtı.az xəbər verir ki, tez-tez boşanma iddiaları ilə gündəmə gələn aktrisa "Sözbaz" proqramında bu haqda açıqlama verib. O bildirib ki, ailəsini dağıtmamaq üçün çox çətinliklərdən keçib:

"Bəlkə də, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Bu, evliliyimin ikinci, altıncı ayı ola bilərdi. Dörd illik ailəm dağılmayıbsa, mənim gücüm hesabına olub. Kənardan baxıb fikir bildirmək çox asandır. Bəzi şeyləri olduğu kimi qəbul etdim. Çünki belə etmədən yaşamaq olmur. Kim nə istəyir danışsın, mənim üçün önəmi yoxdur. Qadın son ana qədər çırpınır ki, ailəsi dağılmasın. Sosial şəbəkədə deyirlər, sənə nə lazımdır, uşağın var. Sadəcə söz olsun deyə danışırlar. Ürək bulandırmağı xoşlayırlar, xanımı aşağılayırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026