Türkiyənin serial dünyasında yarpaq tökümü bitmir.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki. bu dəfə vida xəbəri iki mövsüm reytinqlərə müqavimət göstərən serialdan gəldi.
"Show TV"-nin iddialı serialı “Baba” yayıma vida edir.
Haluk Bilginer və Tolqa Sarıtaşın baş rol aldıqları “Baba” serialının 30-cu bölümü ilə ekranlara vidalaşacağı bildirilib.
Serialın prodüseri "Ay Yapım" tərəfindən verilən açıqlamada qeyd olunur ki, 15 fevral 2022-ci ildə ilk bölümü ilə ekranlara çıxan “Baba” layihəsi öz fəaliyyətini başa vurur: "Bizi sevən və izləyən bütün izləyicilərimizə təşəkkür edirik”.
Qeyd edək ki, ekran səyahətinə iddialı başlayan, lakin reytinq siyahılarında hədəflənən uğuru qazana bilməyən “Baba” serialı ilə bağlı son xəbərlər tez-tez gündəmə gəlirdi.
Aytac Aslan






jpg-1671695310.webp)








