• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu qidalar xərçəng riskini artırır - FOTO

CƏMİYYƏT

04 Dekabr 2023 | 16:56

Bu qidalar xərçəng riskini artırır - FOTO

Tez-tez istehlak edilən işlənmiş qidalar üst tənəffüs yollarını və həzm sistemini təhdid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu, İngiltərənin Bristol Universiteti və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən aparılan yeni araşdırmada sübut olunub. Araşdırma nəticəsində təəccüblü faktlar ortaya çıxıb.

Agentliyin məlumatına görə, milyonlarla insanın həvəslə istehlak etdiyi UPF-lər yuxarı tənəffüs yolları və həzm sistemi xərçəngi riskini artırır.

Tədqiqatçılar tərəfindən aparılan araşdırmada UPF ilə baş, boyun və özofagus xərçəngi arasındakı əlaqə 14 il ərzində təxminən 450 min 111 böyükdən əldə edilən məlumatlar əsasında təhlil edilib.

Araşdırma, 10 faiz daha çox UPF istehlakının 23 faiz daha çox baş və boyun xərçəngi və 24 faiz daha çox yemək borusu xərçəngi ilə əlaqəli olduğu qənaətinə gəlib.

Araşdırma nəticəsində bədəndə artan yağ tərkibi ilə xərçəng hüceyrələri arasındakı əlaqənin statistik olaraq daha aşağı olduğu da paylaşılıb.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024