• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu rayonda su kəsildi

CƏMİYYƏT

10 Fevral 2024 | 16:18 | Müəllif: Subhan Mahmudov

Bu rayonda su kəsildi

Ağsu-Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 33 kilometrliyində, Kürdəmirin Atakişili kəndi ərazisində qeydə alınıb.

Kürdəmirin şəhər mərkəzi də daxil olmaqla, yaxın kəndlərə içməli suyun verilişi dayanıb. Qəzanın aradan qaldırılması üçün əraziyə ağır texnika və işçi qüvvə cəlb edilib.

İlkin mərhələdə qazma işləri görülüb, qəzanın başvermə nöqtəsi aşkarlanıb. Hazırda borunun yararsız vəziyyətə düşən hissəsinin dəyişdirilməsi üçün işlər görülür.

Xatırladaq ki, ümumi uzunluğu 27 kilometr olan magistral su xətti 2013-cü ildə istismara verilib.

Qəzanın günün sonuna kimi aradan qaldırılması və əhalini içməli su ilə təmin edilməsi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026