• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

CƏMİYYƏT

11 Mart 2024 | 16:07

İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Martın 13-də İrəvanda “Birlikdə” hərəkatının Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçiriləcək.

Bakıvaxtı.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərəkatın nümayəndəsi, sabiq baş nazir Qrant Baqratyan məlumat verib.

Onun sözlərinə görə, mitinq İrəvanda yerləşən “Azadlıq” meydanında baş tutacaq.

Q. Baqratyan bildirib ki, hərəkat nümayəndələri vətəndaşları mövcud hakimiyyətə qarşı etiraz aksiyalarına qoşulmağa çağırmaq üçün bir çox mühüm görüşlər keçirib: “Vətəndaşları tədricən mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026