• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bu rayonun 16 kəndində qaz olmayacaq

CƏMİYYƏT

19 Aprel 2024 | 20:13 | Müəllif: Subhan Mahmudov

Bu rayonun 16 kəndində qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.

Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR