• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu tatu ilə təzyiqi ölçmək mümkün olacaq

CƏMİYYƏT

28 Iyun 2022 | 05:13 | Müəllif: Qalib İbrahimoğlu

Bu tatu ilə təzyiqi ölçmək mümkün olacaq

Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tatu (e-tatu) hazırlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, “ağıllı” döymə qrafendən və üzərində mikrosensorlar, elektrodlar olan yapışqan maddədən hazırlanıb. Sonuncu dəriyə elektrik cərəyanının yüngül impulslarını göndərir və sensorlar orqanizmin onlara reaksiyasını qeydə alır.

Əldə edilən məlumatları oxumaq və təzyiq göstəricisinə çevirmək üçün alimlər xüsusi neyron şəbəkəsi yaradıblar.

Tatu çəkisiz və nəzərə çarpmayacaq şəkildə hazırlanıb. O, öz sahibini narahat etmir.

Elektron döymənin davamlı monitorinqi istənilən vəziyyətdə qan təzyiqini ölçməyə imkan verir: Stress zamanı, yatarkən, idman edərkən və s. O, bir neçə gün ərzində qısa fasilələrlə minlərlə ölçmə apara və insanın təzyiqinin ətraflı təsvirini verə bilər.

Texnologiyalanın nə vaxt dövriyyəyə buraxılacağı barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR