• Bakı 13° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

65 yaşına çatan tibb işçiləri ilə bağlı MÜHÜM XƏBƏR

CƏMİYYƏT

29 Aprel 2025 | 11:35

65 yaşına çatan tibb işçiləri ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir:  

"Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.


SON XƏBƏRLƏR