• Bakı 26° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Bu uşaqlar avtomatik 1-ci sinfə yerləşdiriləcək

CƏMİYYƏT

10 Iyun 2025 | 14:28

Bu uşaqlar avtomatik 1-ci sinfə yerləşdiriləcək

3 iyun 2025-ci il tarixində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

17 iyun 2025-ci il saat 11:00-dan etibarən isə tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.

Qeyd edək ki, 1 may 2025-ci il tarixində başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.


SON XƏBƏRLƏR

10 Iyun 2025