• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu vitaminlərin uzun müddət qəbulu xərçəng riski yaradır

CƏMİYYƏT

07 Iyun 2022 | 05:09 | Müəllif: Qalib İbrahimoğlu

Bu vitaminlərin uzun müddət qəbulu xərçəng riski yaradır

Üç vitaminin uzun müddət qəbulu xərçəngin inkişaf riskinin artmasına kömək edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc olunub. 

Bildirilib ki, beta-karoten, retinol və lüteinin əlavə qəbulu ağciyər xərçənginin inkişafına səbəb ola bilər. Mütəxəssislər izah ediblər ki, bu maddələr qidadan alına bilər, lakin bəzi insanlar vitaminləri əlavə olaraq qəbul edirlər.

“Xərçəngin qarşısının alınması üçün, xüsusən də siqaret çəkənlər arasında beta-karoten, retinol və lütein ilə uzunmüddətli əlavələr tövsiyə etmirik. Xərçəngə tutulma riskini azaltmaq üçün meyvə və tərəvəzlərlə zəngin olan sağlam qidalanma menyusu tərtib edə bilərsiniz”, - araşdırmada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026