• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ata həbsdəki oğluna narkotik gətirdi

CƏMİYYƏT

06 Iyul 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Ata həbsdəki oğluna narkotik gətirdi

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cavid Nizami oğlu Səfərova atası Bakı şəhər sakini Nizami Ağalar oğlu Səfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026