• Bakı 11° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"SKODA Azərbayan” CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

05 Avqust 2022 | 16:26

SKODA Azərbayan” CƏRİMƏLƏNDİ

SKODA markalı avtomobillərin Azərbaycanda rəsmi distribütoru “SKAZ AUTOHOUSE” MMC barəsində inzibati protokol tərtib olunub.

Bakıvaxtı.az
xəbər verir ki, buna şirkətin yol hərəkəti qaydalari əleyhinə olan inzibati xəta törməsi səbəb olub.

“SKAZ AUTOHOUSE” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

Həmin maddəyə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İbRa 


SON XƏBƏRLƏR