• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Müəllimlərin sertifikatlaşdırılması təxirə salınıb? - AÇIQLAMA

CƏMİYYƏT

05 Avqust 2022 | 16:18

Müəllimlərin sertifikatlaşdırılması təxirə salınıb? - AÇIQLAMA

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı yhəqiqqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb:

"Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".


SON XƏBƏRLƏR

28 Mart 2024