• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Laçında həlak olan əsgərlərə şəhid statusu veriləcək - YENİLƏNİB

CƏMİYYƏT

05 Avqust 2022 | 15:50

Laçında həlak olan əsgərlərə şəhid statusu veriləcək - YENİLƏNİB

Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğlua şəhid statusu veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, qanunvericiliyə əsasən, Tahir Əliyev şəhid statusu alacaq. (report)

*** 14:32

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR