• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bulvarda skuterlərin hərəkəti qadağan olunub?

CƏMİYYƏT

02 Iyun 2023 | 17:41

Bulvarda skuterlərin hərəkəti qadağan olunub?

Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.

O bildirib ki, qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub:

“Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026