Bürclərlərlə bağlı araşdırma aparan zaman adətən müsbət tərəflərini, yaxud üstün xüsusiyyətlərini görürük. Lakin astroloqlar bürclərin müsbət tərəfləri ilə yanaşı neqativ tərəflərini də proqnozlaşdırırlar.
Bəs, bürclərin mənfi tərəfləri hansılardır?
Bakıvaxtı.az bürclərin neqativ xüsusiyyətlərini təqdim edir.
Qoç bürcündə doğulanlar inadkar olurlar. Düşünmədən addım atan, səbrsiz və tələskəndirlər.
Buğa - Sabit fikirli, dəyişimə qarşı, bəzən tənbəl, inadçıdırlar.
Əkizlər kaprisli, dəyişək fikirli, çox zaman əsəblərini cilovlamaqda çətinlik çəkən olurlar.
Xərçəng bürcündə doğulanlar küsəyən olurlar. Bəzən həddən artıq duyğusal, eqoistdirlər.
Şir - Dikbaşlı, özünü bəyənmiş, eqoist, həddindən artıq fədakardırlar.
Qız bürcü xırdalıqlara ilişib qalan, detalçı, hər şeyin ən mükəmməlini istəyəndir.
Tərəzi - Ətrafın fikrini çox önəmsəyən, hədsiz fədakar, qərarsızdır.
Əqrəb bürcü altında doğulanlar qısqanc olurlar. Eyni zamanda, inadçı, küsəyən, kinlidirlər.
Oxatan - başqalarının fikrini önəmsəməyən, dediyim dedik olan, nizamsız, tərs, öz bildiklərini üstün tutandırlar.
Oğlaq - ziddiyyətli, maddiyyətçi, lağa qoyan, hisslərini göstərməyən, soyuq təbiətli olurlar.
Dolça - dikbaş, heç kəsi bəyənməyən, kibirli, məsafəlidirlər.
Balıq bürcündə doğulanlar qərarsız olurlar. Asan incilən, küsəyən, çox həssasdırlar.
Xəyalə Rza
















