• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bütün diqqətlər Tramp-Harris debatındadır

DÜNYA

10 Sentyabr 2024 | 09:21 | Müəllif: Əli Hüseynov

Bütün diqqətlər Tramp-Harris debatındadır

Bu gün ABŞ prezident seçkilərinə təxminən 2 ay qalmış kritik gündür.

Bakıvaxtı.az xəbər verir ki, prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp ilk dəfədir ki, debatda qarşılaşacaqlar.

Bildirilib ki, sabah Bakı vaxtı ilə saat 05:00-da başlayacaq debatı milyonlarla insanın izləyəcəyi gözlənilir.

Televiziya debatı 1 saat yarım davam edəcək. Zalda tamaşaçı olmayacaq. Çıxış növbəsi olmayan namizədin mikrofonu söndürüləcək.

 Qeyd edilib ki, sualları cavablandırmaq üçün namizədlərə 2 dəqiqə vaxt verilir. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026