• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

CAR-da rekord soyuqlar qeydə alınıb

DÜNYA

24 Iyul 2021 | 21:39

CAR-da rekord soyuqlar qeydə alınıb

Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.

CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib. 

Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.

Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar./qafqazinfo/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026