Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə telefon vasitəsi ilə Əfqanıstandakı son vəziyyəti müzakirə etdi.
Bakıvaxtı.az xəbər verir ki, Əfqanıstandakı son vəziyyətin müzakirə edildiyi görüşdə Çavuşoğlu Əfqanıstandan Türkiyəyə qayıtmaq istəyən Türk vətəndaşlarına verdiyi dəstəyə görə Qureyşiyə təşəkkür edib.
Çavuşoğlu həmçinin telefonla Sri Lankada yeni xarici işlər naziri təyin olunan Gamini Lakshman Peirisi təbrik edib və ən xoş arzularını çatdırıb.
Nuranə Daxilqızı















