• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Çavuşoğlu: “Azərbaycanın təklifini dəstəkləyirik”

DÜNYA

03 Mart 2021 | 16:04

Çavuşoğlu: “Azərbaycanın təklifini dəstəkləyirik”

Bölgədəki ortaq strateji layihələr, xüsusilə Qarabağda atəşkəsdən sonra bölgənin sabitliyi məsələlərini həmkarımla müzakirə etdik.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Azərbaycanın bölgədə 3+3 formatında əməkdaşlıq təklifi müzakirə olunub, Türkiyə bunu dəstəkləyir:

"Bizim, Gürcüstanın da içində olduğu bölgədə əməkdaşlığımız artaraq davam edəcək. Üçtərəfli mexanizmə önəm verirk. Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin təxirə salınan üçtərəfli tədbiri ən qısa vaxtda baş tutacaq.

TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin gücləndirilməsini də müzakirə etdik. Bu məsələlərdə 3 ölkə deyil, bölgədəki digər ölkələrin də iştirakı diqqətdə oldu".

Çavuşoğlu, həmçinin əlavə edib, Ankara ölkələrin ərazi bütövlüyünə və suverenliyinə önəm verir: "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimiz kimi, Gürcüstanın da ərazi bütövlüyünə güclü dəstək veririk".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026