Şabran rayonunda çaydan tapılan meyitin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, kanaldan meyiti tapılan şəxsin Quba rayon sakini - 2000-ci il təvəllüdlü Ramazanov Rafail Novruz oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
11:45
Şabran rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, meyit rayon ərazisindən keçən "Şabrançay" su kanalından aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
















