• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Çelsi” 18 yaşlı braziliyalı hücumçunu transfer edir

İDMAN

28 Iyun 2023 | 22:37

“Çelsi” 18 yaşlı braziliyalı hücumçunu transfer edir

London “Çelsi”si yay transfer pəncərəsində “Santos”un braziliyalı hücumçusu Anjelonu heyətinə qatmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, klublar danışıqlar mərhələsindədir.

İnsayder Fabrisio Romanonun məlumatına görə, “zadəganlar” gənc hücumçu üçün 15 milyon funt-sterlinq təklif ediblər. Tərəflər sazişi imzalamağa yaxındırlar.

Qeyd edək ki, Anjelo 2022/23 mövsümündə “Santos”un heyətində bütün yarışlarda 32 oyuna çıxıb. Hücumçunun hesabına 2 qol və bir məhsuldar ötürmə var. “Transfermarkt” oyunçunu 13 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR