Ağ Evin mətbuat katibi Cen Psaki koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Psaki özü məlumat verib.
“Bu səhər Avropaya səfərə hazırlaşarkən PCR testi verdim. Müsbət nəticə göstərdi. Bu o deməkdir ki, mən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tövsiyələrinə əməl edəcəyəm və prezident ABŞ Co Baydenlə birlikdə Avropaya getməyəcəm”, - Psaki bildirib.
















