• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Tesla" sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır

DÜNYA

21 Aprel 2022 | 20:49 | Müəllif: Subhan Mahmudov

"Tesla" sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır

ABŞ-ın "Tesla" şirkəti özünün elektromobilləri əsasında sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Tesla"nın rəhbəri İlon Mask şirkətin fəaliyyətinin 2022-ci ilin birinci rübü üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "robotaksi" xidmətinin 2024-cü ildə işə düşməsi nəzərdə tutulur.

Qeyd olunur ki, bu xidmətdə "Tesla"nın tam avtomatlaşdırılmış, sükan və pedalları olmayan elektromobilləri istifadə olunacaq.

İ.Mask 2024-cü ilədək həmin avtomobillərin kütləvi istehsalına başlamaq niyyətində olduğunu bildirib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026