Cənubi Koreyanın Buçeon şəhərindəki oteldə baş verən yanğında həyatını itirənlərin sayının 7-yə çatdığı bildirilib.
Bakıvaxtı.az bu barədə Cənubi Koreya mediasına istinadla xəbər verir.
Bildirilib ki, baş vermiş hadisə nəticəsində artıq 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölənlərinin sayında artım olacağı ehtimal edilir.
Oteldə yanğınsöndürən çiləyicilərin olmaması səbəbindən yanğının böyüdüyü, tüstünün digər mərtəbələrə də keçdiyi qeyd edilib.
Səlahiyyətlər şəxslər vəfat edənlərdən 5-nin zəhərli qazdan, digər iki nəfərin isə otelin 8-ci mərtəbəsindən tullanaraq öldüyünü diqqətə çatdırıb.
Əli Hüseynov
















