Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oliver Varhelyi "Twitter"də yazıb.
O, görüşdə Cənubi Qafqazdakı vəziyyətin, Ukraynadakı müharibənin, enerji məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Oliver Varhelyi bildirib ki, bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub.
Ramid İbrahimov
















