• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ceyhun Bayramov Latviyanın müdafiə naziri ilə görüşdü

SİYASƏT

26 Aprel 2022 | 19:37

Ceyhun Bayramov Latviyanın müdafiə naziri ilə görüşdü

26 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Latviya ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Nazir, iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların intensivliyinə istinad edərək, qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Latviyanın müdafiə naziri Artis Pabriks Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu qeyd edib. O, Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğunu ifadə edib. A.Pabriks Latviyanın Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib

Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə əhəmiyyət verdiyini qeyd edib və tərəflər arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına dair ümid ifadə edib.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026