• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ceyhun Bayramov və Hakan Fidan nələri müzakirə edəcəklər? - YENİLƏNİB

SİYASƏT

26 Avqust 2024 | 15:28 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramov və Hakan Fidan nələri müzakirə edəcəklər? - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib.

***

14:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

    Səfərin avqustun 27-də reallaşacağı bildirilir.

    "Səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur", - deyə məlumatra qeyd olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR