Çin prezidenti Xi Jinping iki ölkə arasında "dostluq səfiri" olaraq ABŞ-a pandalar göndərəcəklərini açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Çin prezidenti Xi ABŞ prezidenti Co Baydenlə görüşündən sonra naharda iş adamları ilə görüşüb. Prezident orada etdiyi çıxışda “Biz pandaların nəslinin kəsilməsini qorumaq üçün ABŞ ilə əməkdaşlığa hazırıq”deyib.
ABŞ-a veriləcək pandaların iki ölkənin dostluğunu təmsil edən səfirlər olduğunu deyən Jinping pandaların nə vaxt veriləcəyini açıqlamasa da, heyvanların Kaliforniya ştatına göndəriləcəyinə işarə verib.
Xi ABŞ vətəndaşlarının Vaşinqton Milli Zooparkından Çinə qayıdan Mey Xiang, Tian Tian və balaları Şia Çi Ci ilə vidalaşmaqda çətinlik çəkdiklərini bildirib. Qeyd edib ki, San Dieqo Zooparkı pandaları yenidən görməyi səbirsizliklə gözləyir.
Aytac Aslan



jpg-1702727999.webp)












