İsrailin Qəzzada tunellərə su vurması planı bütün dünyada müzakirə olunmağa davam edir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,Həmas sözçüsü İsrailin açıqlamalarına “Hücumlara hazırıq, tunellərimiz ən yaxşı şəkildə tikilib” deyə cavab verib.
HƏMAS-ın sözçüsü Usamə Həmdan İsrailin açıqlamalarına belə cavab verib: “Bu tunellər müqavimətin bir hissəsidir. Müqavimətin bir hissəsi kimi tunellər tikərkən işğaldan gözlənilən bütün nəticələri və bütün hücumları nəzərə almalısınız”.
Mütəxəssislər bu layihənin nəzəri və praktiki olaraq heç bir funksiyasının olmayacağını düşünürlər. "Yerin altındakı suları çirkləndirərək" şəhəri yaşayış üçün yararsız hala gətirmək istədikləri düşünülür.
"Heç bir təhlükə olmadığını deyə bilmərəm, amma təsdiq edə bilərəm ki, təhlükə minimaldır və döyüşçülərimiz bununla mənfi nəticələrdən qaça biləcək şəkildə mübarizə aparacaqlar", - Həmdan deyib.
İsrail Ordusunun sözçüsü Daniel Hagari tunelləri su ilə doldurmaq planı barədə danışmayıb. Ancaq 'Tunellərə girəcəyik' deyərək orada hücumların daha da şiddətlənəcəyini qeyd edib “HƏMAS terrorçuları, xüsusilə liderləri yerin altında gizlənməyi seçirlər, bu, Həmas metodudur. Onlar yerin altında gizlənir və üzərlərindəki mülki şəxslərdən canlı qalxan kimi istifadə edirlər. Terrorçuları öldürmək üçün istifadə edəcəyimiz yeni döyüş üsullarımız var. Biz içəri girəcəyik, terrorçuların olduğu yerlərə partlayıcılar yerləşdirəcəyik və onları yerin altında öldürmək üçün uyğun anı gözləyəcəyik. Terrorçular yerin altında təhlükəsiz olmayacaqlar”.
Ay Tac
















