İngiltərədə ev axtaranlar qeyri-adi elanla rastlaşıblar. Belə ki, Hempşirdə evi satışa çıxaran təqaüdçü riyaziyyatçı evi alana bağ bəzəyi olaraq aldığı qırıcı təyyarəni verəcəyini açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə yaşayan Peter Robinson Hempşirdəki evini 3,95 milyon funt-sterlinqə satışa çıxarıb. Bu qiymətə onun 2015-ci ildə 100 min funt-sterlinqdən çox pul xərclədiyi Harrier II GR7 model təyyarəsi də daxildir.
Təqaüdçü ömrü boyu bu döyüş təyyarəsinə maraq göstərdiyini bildirərək onu “bağ bəzəyi” kimi gördüyünü deyib.
"Mən Harrier reaktiv təyyarəsini bəyənən və onu pəncərənin önünə qoyan standart bir insanam. Düşünürəm ki, bir çox cəhətdən başqalarından fərqlənmirəm. Sadəcə pəncərəmin qarşısına böyük bir şey qoyaqcaq qədər şanslıyam", - deyə Robinson qeyd edib.
Robinson Britaniya Müdafiə Nazirliyinə aid 2008-ci ildə istismar müddətini başa vurmuş təyyarəni İpsviçdəki bir şirkətdən aldığını və çətinliklə bağına yerləşdirdiyini deyib: "İki qoşqu ilə gətirdik, təsəvvür etdiyimdən çox böyük idi. O qədər böyük görünürdü ki, elə bildim, Concorde almışam və “Aman Allahım, mən nə etmişəm?”, - deyə düşündüm".
Hasarlanmış evin sahəsi, təxminən, 740 kvadratmetrdir. 4 sot torpaq sahəsi, gölü və 4 otaqlı köməkçi tikilisi də var. Onun sözlərinə görə, potensial alıcı təyyarəni istəməsə, ya özü üçün saxlayacaq, ya da muzeyə bağışlayacaq.
Ay Tac
















