• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Çin Trampın Tayvana hərbi dəstək planlarından narahatdır

SİYASƏT

26 Fevral 2025 | 16:25

Çin Trampın Tayvana hərbi dəstək planlarından narahatdır

"ABŞ prezidenti Donald Tramp administrasiyasının hərbi dəstəyi Tayvan boğazında sülhü pozmaq təhlükəsi yaradır".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Çin diplomatı Vaşinqtonun Ağ Ev tərəfindən bu yaxınlarda dondurulmuş 5,3 milyard dollarlıq dövlət vəsaiti ilə Tayvana hərbi yardım göstərmək planlarını şərh edib.

"Bu dəstəyin 870 milyon dollar təşkil edəcəyi gözlənilir. Aldığımız məlumatdan ciddi narahatıq. Pekin vəziyyəti yaxından izləyəcək, ölkənin milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qəti şəkildə qoruyacaq. Vaşinqton isə Tayvanı silahlandırmağı dayandırmalıdır. Bu, Tayvan boğazında sülh və sabitliyi pozmaq təhlükəsi yaradır", - deyə Jian qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Aprel 2025