• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Çin-ABŞ əməkdaşlığı güclənir 

SİYASƏT

13 Yanvar 2024 | 13:07

Çin-ABŞ əməkdaşlığı güclənir

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Jianchao və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 12-də Tayvanda keçirilən görüşdə, bundan sonra da iki ölkə arasında dialoq və əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bəyan ediblər.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadənxəbər verir ki, bu barədə ÇKP MK-nın beynəlxalq əlaqələr departamentinin bəyanatında deyilir.

Tərəflər 2023-cü ilin noyabrında San-Fransiskoda Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə əldə olunan nəticələrin həyata keçirilməsinə töhfə verəcəklərini bildiriblər.

Bəyanatda həmçinin qeyd olunub ki, həm Çin, həm də ABŞ bir-birinə doğru hərəkət etməli və iki ölkə arasında əlaqələrin sabit, sağlam və davamlı inkişafı üçün mümkün olan hər şeyi etməlidir.

​​​​​Digər məsələlərlə yanaşı, Liu Jianchao və Blinken beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026