• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz: Bu, Ermənistanın...

SİYASƏT

12 Fevral 2024 | 13:03

İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz: Bu, Ermənistanın...

Məlum olduğu kimi, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, - deyə hökumət başçısı "Telegraph"a müsahibəsində bildirib.

Maraqlıdır, Putin Ermənistana getsə, həqiqətən, həbs oluna bilər? Belə olarsa, iki ölkə arasında münasibətlər necə olacaq?

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu ratifikasiya etməsi Ermənistanın avrointeqrasiya siyasətini göstərir. Onun sözlərinə görə, Ermənistan tərəfi bunu belə nümayiş etdirir:

“Bu, həm də uzun illər formalaşmış Rusiya-Ermənistan ittifaqının tənəzzülü deməkdir. Təbii ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidentinin həbsi ilə bağlı orden verib. O, ratifikasiya edən hər hansı ölkəyə səfər edərsə, həbs edilə bilər. Ermənistan bunu etdiyi üçün Rusiya ilə siyasi böhran yaşandı. Rəsmilər tərəfindən bir-birini ittiham edən açıqlamalar verildi”.

Məhəmməd Əsədullazadə: Hazırkı mərhələdə Rusiya prezidenti Ermənistana getsə də, həbs oluna bilməz

Müsahibimiz hesab edir ki, Rusiya prezidenti bir müddət Ermənistana səfər etməyəcək:

“İki dövlət arasında bu qanundan yayınmaq üçün saziş imzalana bilər. Bu da Ermənistanın Qərbdə etimadının, etibarının itməsi deməkdir”.

Onun sözlərinə görə, hazırkı mərhələdə Rusiya prezidenti Ermənistana getsə də, həbs oluna bilməz:

“Rusiya böyük bir dövlətdir. Güclü avtoritetə malik Putini həbs etmək Ermənistanın görə biləcəyi bir iş deyil, buna cəsarət etməz”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024