• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Çində zəlzələ nəticəsində ölənlərin sayı 148-ə çatdı

DÜNYA

22 Dekabr 2023 | 16:58

Çində zəlzələ nəticəsində ölənlərin sayı 148-ə çatdı

Çinin şimal-qərbində Qansu və Çinxay dağlıq əyalətlərində baş verən güclü zəlzələ qurbanlarının sayı azı 148 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər Qansu əyalətində artıq 117 ölü cəsədi tapıblar, ərazidə 780-dən çox insan yaralanıb.

Qonşu Çinxay əyalətində zəlzələ nəticəsində 31 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb, 3 nəfər itkin düşmüş hesab olunur.

Zəlzələ böyük dağıntılara və binalara, rabitə və elektrik xətlərinə ziyan vurub.

***

09:26

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkin düşüb.

Xatırladaq ki, daha əvvəl 131 nəfərin öldüyü bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR