Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorka gedəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilir.
Məlumata görə, yanvarın 23-də baş tutacaq səfərdə məqsəd BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etməkdir.
“Nazirimiz BMT Təhlükəsizlik Şurasının 23 yanvar 2024-cü ildə Fələstinlə bağlı keçiriləcək iclasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək.
Nazirimizin səfərlə bağlı ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında qeyd edilib.
















