• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş nazir: Torpaqlarımızda ABŞ-ın nüvə silahına ehtiyac yoxdur

DÜNYA

20 Fevral 2024 | 13:33

Baş nazir: Torpaqlarımızda ABŞ-ın nüvə silahına ehtiyac yoxdur

"Torpaqlarımızda ABŞ-ın nüvə silahına ehtiyac yoxdur".

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.

Orpo Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Baş nazir ABŞ-ın nüvə silahını ölkə ərazisində qəbul edib-etməyəcəkləri ilə bağlı sualı belə cavablandırıb: “Buna ehtiyac yoxdur, çünki NATO artıq nüvə qarşısının alınmasını təmin edir".

Xatırladaq ki, 4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olan Finlandiya 2023-cü ilin dekabrında ABŞ ilə “Müdafiə sahəsində əməkdaşlıq sazişi” imzalayıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken bu sazişin ABŞ-ın transatlantik təhlükəsizliyi gücləndirmək üçün hərtərəfli səylərinin son nümunəsi olduğuna diqqət çəkərək bütün Avropa qitəsində təhlükəsizlik və sabitliyi təmin edən bir şəbəkə yaratdıqlarını qeyd etmişdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026