• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

DÜNYA

21 Yanvar 2024 | 16:54 | Müəllif: Subhan Mahmudov

Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

"Microsoft"un həmtəsisçisi, eləcə də bəşəriyyət üçün "yeni" peyvəndlərin hazırlanmasına vəsaitin əhəmiyyətli bir hissəsini yatıran Bill Qeyts, koronavirus peyvəndlərinin formaca fərqli olacağını açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə amerikalı milyarder Hindistana səfəri zamanı yerli telekanallardan birinə müsahibəsi zamanı məlumat verib.

Qeytsin sözlərinə görə, peyvəndin cəmiyyətdə daha populyar olması üçün onlar iynə əvəzinə yara lenti formasında istehsal ediləcək:

"Biz onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik... Biz iynə yerinə kiçik bir yara lentindən istifadə edəcəyik".

Qeyts həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmağa kömək edən peyvəndlər icad edəcək.

O qeyd edib ki, peyvəndin hər kəs üçün əlçatan olması məqsədilə onların qiymətlərinin münasib olmasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, daha əvvəl Davosda keçirilən illik Dünya İqtisadi Forumunda çıxışı zamanı Qeyts bildirib ki, həyat yoldaşı Melinda ilə birlikdə səhiyyədə yeni texnologiyaların inkişafına 8 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir./bizim.media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026