• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çinin uyğurlara qarşı təzyiq siyasəti davam edir

DÜNYA

12 Yanvar 2022 | 16:35 | Müəllif: Qalib İbrahimoğlu

Çinin uyğurlara qarşı təzyiq siyasəti davam edir

“Çin Sincan bölgəsindəki mədəni soyqırımı dayandırmır. Çin uyğurlara qarşı təzyiq siyasətini davam etdirir. ABŞ-ın “The Atlantic” dərgisində dərc olunan məqalədə Pekinin 1 milyona yaxın uyğuru “əmək düşərgələri”ndən keçirdiyi bildirilib. Buna etiraz olaraq uyğurlar BMT-nin ofisi qarşısında Çin əleyhinə “Qara Gün” aksiyası keçiriblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Amerika nəşrində bunlar yer alıb: “Uyğurlara qarşı hədəf yalnız düşərgələrlə məhdudlaşmır. 2016-cı ildən bəri onlarla məzarlıq və dini yer dağıdılıb. Sincan məktəblərində çin dilinin xeyrinə uyğur dili qadağan edilib. İslam dininə etiqad edən, üstünlük təşkil edən uyğur inancı “ekstremizmin əlaməti” kimi ruhdan salınıb”.

Məqalə müəllifi yazıb ki, mövcud şəraitdə uyğurların haqlarını və mədəniyyətini qorumaq yükü ölkədən kənarda yaşayan uyğurların üzərinə düşüb. Müxtəlif ölkələrdə yaşayan uyğurların üzərinə düşən yük onların vətənlərində baş verənləri beynəlxalq aləmə yaymaqdır”.

E.Şahinoğlu bildirib ki, məqalə müəllifi İngiltərə, Fransa, Türkiyə və ABŞ-da yaşayan uyğurlardan müsahibə alıb: “Onların hamısı uyğur irsinin gələcək nəsillərə ötürülməsini təmin etmək üçün fəallıq göstərirlər. Vaşinqtonda yerləşən Uyğur İnsan Haqları Təşkilatının lideri Ömər Kanat müsahibəsində deyib: “Hər bir uyğur indi çox böyük psixoloji təzyiq altındadır. Gecələr yata bilmirik”.

Təşkilatın məlumatına görə, yüzlərlə tanınmış uyğur mədəniyyət xadimi, o cümlədən müğənni, musiqiçi, romançı, alim və akademik 2017-ci ildən bəri saxlanılıb, həbs edilib və ya yoxa çıxıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR