Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Büro üzvü və sədr müavini Han Zheng sentyabrın 4-dən 8-dək Rusiya və Monqolustana səfər edəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq məlumat verib.
Məlumata görə, Çinin vitse-prezidenti Han Zheng Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda (EEF) iştirak edəcək.
"Rusiya və Monqolustan hökumətinin dəvəti ilə Çinin sədr müavini Han Zheng sentyabrın 4-dən 8-dək Rusiya və Monqolustanda səfərdə olacaq. Pekin Vladivostokda keçiriləcək forumda iştirakın Çinin şimal-şərqi ilə Rusiyanın Uzaq Şərqi arasında əməkdaşlığın dərinləşməsinə kömək edəcəyinə ümid edir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ulan-Batora səfəri zamanı verdiyi müsahibədə Rusiya, Monqolustan və Çin arasında üçtərəfli əməkdaşlıq mexanizmini "tələbat" adlandırıb.
Gülşən Şərif




jpg-1727939698.webp)



jpg-1727938181.webp)


jpg-1727937471.webp)




