• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Paşinyan Ermənistanda “Qarabağ məsələsi”ni bağlamaq istəyir

SİYASƏT

03 Oktyabr 2024 | 10:01

Paşinyan Ermənistanda “Qarabağ məsələsi”ni bağlamaq istəyir

“Ermənistan hökumətinin əsas qayəsi Azərbaycanla tələsik və yarımçıq sülh sazişini imzalamaq, bununla da ciddi beynəlxalq təminat əldə etməkdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əli Oruclu deyib.

Onun sözlərinə görə, Paşinyan iqtidarı Konstitusiya dəyişikliyi ilə bağlı referenduma getməyi ona görə istəmir ki, ictimaiyyətin böyük hissəsi buna qarşıdır:

"Separatçı qalıqların fəaliyyəti və ümumiyyətlə mövcudluğu Paşinyanın planlarını pozur. Həm də baş nazir yaxşı bilir ki, bu dəstə onun hakimiyyətinə qarşı müqavimətin tərkib hissəsidir. Paşinyan ilk növbədə bu təhlükəni aradan qaldırmaq niyyətindədir. Separatçı ünsürlər xarici dairələrin diktəsi altında olduğundan verilən təlimatlara uyğun fəaliyyət göstərirlər”.

Əli Oruclu, politoloq

Müsahibimiz qeyd edib ki, ötənlərdə separatçıların İrəvandakı "nümayəndəliyinə" məxsus bəzi əmlakın müsadirə edilməsi cəmiyyətdə hakimiyyətə qarşı reaksiyalara səbəb olub:

“Keşiş Baqrat Qalstanyan fürsətdən istifadə edərək "nümayəndəliyə" yeni avtomobil bağışladı. Təhlükənin fərqində olan Paşinyan etirazçı ünsürləri sıradan çıxarmaqla əslində öz hakimiyyətini qorumağı hədəfləyir. Amma istənilən halda İrəvanda "nümayəndəliyin" fəaliyyətinə tamamilə son qoyulması sülh prosesi üçün faydalıdır".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökuməti “Qarabağ məsələsi”ni bağlamaq üçün hazırlıq görür. İddialara görə, İrəvan nəhayət məsələni bağlamaq üçün keçmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı da yenidən prosesə cəlb edir.

Bir neçə həftə əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş qondarma qurumun İrəvandakı “təmsilçiliyinə” yenidən baxmağın zəruriliyini açıqlamışdı. Erməni nəşri bu açıqlamanı təsadüfi saymır və iddia edir ki, İrəvan binanı separatçıların əlindən almağa çalışır. Babayanın tərəfdarları ilə sözügedən binanın önündə etiraz aksiyası keçirib. Etirazçıların gündəmində “Qarabağ ermənilərinin sosial problemləri” olub. Onlar yeni strukturun (QHT) yaradılmasını, Babayanın da ora rəhbər təyin olunmasını təklif edirlər. “Hraparak” yazır ki, İrəvanın məqsədi ləğv edilmiş qondarma qurumun fəaliyyətinə birdəfəlik son qoymaq, onu heç bir iddiası olmayan QHT-yə çevirməkdir.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Iyul 2025